Brand Manager
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 5/2, 08:00–17:00
- Əmək haqqı: 2700 AZN + KPI sistemi
Vəzifə öhdəlikləri
- Brend üzrə satış göstəricilərinin idarə olunması, məhsul portfelinin planlanması və qiymət strategiyasının formalaşdırılması;
- Stokların gündəlik monitorinqi, mağazalararası transferlərin koordinasiyası və zəif dövriyyəli məhsullar üzrə tədbirlərin görülməsi;
- Aylıq kampaniyaların hazırlanması, kommersiya effektivliyinin təmin edilməsi və nəticələrin təhlili;
- Satış və stok dövriyyəsinin analizi, tələbatın proqnozlaşdırılması və hesabatların hazırlanması;
- Mağaza komandaları ilə koordinasiyalı işin təşkili və kampaniyaların icrasına nəzarət;
- Xarici partnyorlarla effektiv kommunikasiya və biznes hesabatlarının təqdim edilməsi.
Tələblər
- Pərakəndə satış sahəsində minimum 5 il təcrübə (FMCG/kosmetika üstünlükdür);
- Satış və stok göstəricilərini effektiv idarə etmək bacarığı;
- Stok, qiymət və kampaniya idarəçiliyində təcrübə;1C proqramında işləmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət.
Müraciət üçün: CV-lərinizi mövzu hissəsində “Brand Manager” qeyd etməklə cv@humanpro.az elektron ünvanına göndərin.