Ana Səhifə / Vakansiyalar / Debitor və Kreditor üzrə Mütəxəssis
H

Debitor və Kreditor üzrə Mütəxəssis

Humanpro

Bakı

Tamştat 💰 1000 azn 📅 Təcrübə: Müvafiq sahədə minimum 2 il təcrübə. 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri
Əmək haqqı və üstünlüklər: • Əmək haqqı: 1000 AZN; • Nahar şirkət tərəfindən təmin edilir; • Şirkət nömrəsi və danışıq paketi təqdim olunur. İş vaxtı: • 5 günlük iş rejimi. Əsas tələblər: • Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə); • Kompüter bilikləri: MS Office – yaxşı səviyyədə; • Dil bilikləri: Azərbaycan dili – əla səviyyədə; • Minimum iş təcrübəsi: 2 il; • Riyazi biliklər və analitik düşünmə bacarığı. Fərdi keyfiyyət göstəriciləri: • Dəqiqlik və detallara diqqətlilik; • Məsuliyyətlilik; • Operativlik; • Nəticəyönümlülük; • Komandada işləmək bacarığı. Digər tələblər və üstünlük göstəriciləri: • Mikro ERP və Günəş proqramları üzrə biliklər üstünlük sayılır. İş barədə: • Tədarükçülərlə və müştərilərlə daimi üzləşmələrin həyata keçirilməsi və maliyyə nəzarətinin aparılması; • Debitor və kreditorlarla hesablaşmalardan irəli gələn digər fəaliyyətlərin icrası; • Təchizatçılar (tədarükçülər) və müştərilərlə mütəmadi üzləşmələrin aparılması və müvafiq aktların bağlanması; • Hesab-fakturalar əsasında təchizatçılarla əməliyyatların uçotunun aparılması; • Avans hesablarının gündəlik izlənilməsi və balansın nəzarətdə saxlanılması; • Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemlərin operativ həlli; • Mühasibat uçotunda və yekun maliyyə hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi; • Açıq qalan məbləğlərin mütəmadi təhlil edilməsi və şirkətin daxili siyasətinə uyğun idarə olunması; • Debitor və kreditorlarla hesablaşmalardan irəli gələn digər fəaliyyətlərin icrası. Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət Et
Məlumat

Yayımlanma: 29.10.2025

Vakansiya növü: SADƏ

Oxşar Elanlar