Ana Səhifə / Vakansiyalar / İnşaat mühəndisi
H

İnşaat mühəndisi

Humanpro

Bakı

Tamştat 💰 Əmək haqqı razılaşma yolu ilə 📅 Müvafiq sahədə minimum 3 il peşəkar iş təcrübəsi. 🎓 Bakalavr
İş haqqında məlumat:

• İş yeri: Bakı ş.,
• İş rejimi: 6 günlük;
• Əmək haqqı: Əmək haqqı razılaşma yolu ilə

Vəzifə öhdəlikləri:

• Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
• Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
• Tikinti işlərinin tikinti planına, büdcəyə, tikinti normalarına, normativlərinə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
• Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
• Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (aktlar, beton işləri jurnalı və s.);
• Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirmək;
• Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsini təmin etmək;
• Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
• İşçi briqadalarının iş bölgülərini, iş vaxtı qrafiklərini təyin etmək, onlara istehsalat tapşırıqlarını vermək;
• Beton konstruksiya, izolyasiya və qazıntı əks doldurma işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək;
• Layihə üzrə demir beton konstruksiyalarında vizual, ölçmə və test sınaqlarında iştirak etmək;
• Təhlükəsizlik və keyfiyyət standartlarının yerinə yetirilməsinə nəzarət;
• Layihənin texniki şərtlərə cavab verməsini təmin etmək məqsədi ilə gözlənilməz halları və problemləri həll etmək;
• Mütəmadi olaraq işin gedişatı ilə bağlı hesabatları birbaşa rəhbərliyinə təqdim etmək.

Tələblər:

• Ali və ya texniki təhsil (inşaat mühəndisliyi üzrə);
• Təcrübə: 3–5 il (inşaat sahəsində);
• Tikinti normaları və sənədləri üzrə biliklər;
• Tikinti layihələri ilə işləmə bacarığı (AutoCAD, MS Project və s.);
• Məsuliyyət və nizam-intizam;
• Komanda ilə işləmə və problemlərin operativ həll edilməsi bacarığı.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət Et
Məlumat

Yayımlanma: 06.11.2025

Vakansiya növü: SADƏ

Oxşar Elanlar