Ana Səhifə / Vakansiyalar / B2B menecer

B2B menecer

HumanPro

Bakı • Bakı

Tamştat 💰 Minimum 1500 AZN + KPI əsaslı bonuslar 📅 Təcrübə: Minimum 5 illik praktiki iş təcrübəsi 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

B2B menecer

İş şəraiti:

  • Əməkhaqqı: minimum 1500 AZN + KPI əsaslı bonuslar
  • İş yeri: Bakı şəhəri
  • Fəaliyyət sahəsi: Qapı, pəncərə və fasad sistemləri
  • Yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.

Vəzifə öhdəlikləri:

  • Tikinti şirkətləri, podratçılar və korporativ müştərilərlə əməkdaşlıq əlaqələrinin qurulması;
  • Yeni müştərilərin və layihələrin cəlb edilməsi, B2B satışların həyata keçirilməsi;
  • Potensial müştərilərlə görüşlərin və kommersiya danışıqlarının aparılması;
  • Müştəri tələblərinin müəyyənləşdirilməsi və qiymət təkliflərinin hazırlanmasının koordinasiya edilməsi;
  • Sifarişlərin qəbulundan yekun təhvilinədək bütün prosesin idarə olunması;
  • Ölçü, istehsal, montaj və təhvil mərhələlərinin koordinasiyası;
  • Anbardakı profil, aksesuar və digər material ehtiyatlarına nəzarət edilməsi;
  • Layihələr üzrə material tələbatının vaxtında müəyyənləşdirilməsi;
  • Müştəri və istehsalat komandası arasında effektiv kommunikasiyanın təmin edilməsi;
  • Satış hədəflərinin və layihələrin icra müddətlərinin izlənilməsi.

Namizədə tələblər:

  • Qapı, pəncərə və fasad sistemləri üzrə minimum 5 illik praktiki iş təcrübəsi mütləqdir;
  • Rus dili biliyi mütləqdir;
  • Şəxsi avtomobilin olması mütləqdir;
  • B2B satış və kommersiya danışıqlarının aparılması bacarığı;
  • Bir neçə layihəni paralel idarə etmək bacarığı;
  • İstehsal və montaj prosesləri üzrə praktiki biliklər;
  • Material ehtiyatlarının və sifarişlərin uçotunun aparılması bacarığı;
  • Yüksək təşkilatçılıq, məsuliyyətlilik və nəticəyönümlü işləmək bacarığı.

Müraciət qaydası:Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış və layihə meneceri” qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət Haqqında
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 26 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar