Ana Səhifə / Vakansiyalar / MÜŞTƏRİLƏRLƏ ƏLAQƏLƏR ÜZRƏ TƏCRÜBƏÇİ

MÜŞTƏRİLƏRLƏ ƏLAQƏLƏR ÜZRƏ TƏCRÜBƏÇİ

HumanPro

Bakı • Bakı

Tamştat 💰 Əməkhaqqı müsahibə əsasında 📅 Təcrübə: İş təcrübəsi arzuolunandır 🎓 Təhsil: Orta
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

MÜŞTƏRİLƏRLƏ ƏLAQƏLƏR ÜZRƏ TƏCRÜBƏÇİ

İnsan resursları və işə qəbul sahəsində fəaliyyət göstərən şirkət üçün təşəbbüskar, ünsiyyət bacarıqları yüksək və peşəkar inkişafda maraqlı xanım namizəd axtarılır.

İş şəraiti:

  • Təcrübə proqramı əsasında fəaliyyət;
  • Əməkhaqqı müsahibə əsasında;
  • Nəqliyyat xərcləri qarşılanır;
  • İş qrafiki: 5 tam iş günü, şənbə günü qısaldılmış iş günü;
  • İş yeri: Dalğa Plaza Biznes Mərkəzi.

Vəzifə öhdəlikləri:

  • Instagram, LinkedIn və digər rəqəmsal platformalar üzərindən daxil olan sorğuları operativ cavablandırmaq;
  • WhatsApp Business üzərindən müştərilərlə peşəkar ünsiyyət qurmaq;
  • Aktiv vakansiyalar haqqında işaxtaran şəxsləri məlumatlandırmaq;
  • Şirkətin CV hazırlanması, fərdi və korporativ HR, işə qəbul və digər xidmətləri barədə müraciət edən şəxslərə məlumat vermək;
  • Daxil olan müraciətləri fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti şöbələrə yönləndirmək;
  • Müştəri müraciətlərini sistemli şəkildə qeydə almaq və izləmək;
  • Gündəlik fəaliyyət üzrə hesabat hazırlamaq.

Namizədə tələblər:

  • Azərbaycan dilində yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
  • Sosial media platformalarından sərbəst istifadə bacarığı;
  • Aktivlik, çeviklik və təşəbbüskarlıq;
  • İşinə məsuliyyətli və həvəsli yanaşmaq;
  • Müştəriyönümlü düşüncə və korporativ ünsiyyət mədəniyyəti;
  • Yeni biliklər əldə etmək və peşəkar inkişaf etmək istəyi;
  • Komandada işləmək bacarığı.

Təcrübə proqramının üstünlükləri:

  • İnsan resursları və işə qəbul sahəsində praktiki biliklərin əldə edilməsi;
  • Müştərilərlə iş və korporativ kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi;
  • Peşəkar komanda ilə real iş mühitində təcrübə qazanmaq imkanı;
  • Təcrübə proqramını uğurla başa vuran namizədlərə sertifikatın təqdim edilməsi;
  • Sınaq müddətinin nəticələrinə əsasən şirkət daxilində daimi işlə təmin olunmaq imkanı.

Müraciət qaydası:Maraqlanan namizədlər CV-lərini “Müştərilərlə əlaqələr üzrə təcrübəçi” başlığı ilə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.


Şirkət Haqqında
<font color="#ffffff"><span style="caret-color: rgb(255, 255, 255);">HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.</span></font>
Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 28 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar