Ana Səhifə / Vakansiyalar / Satıcı

Satıcı

Rəmzioğlu Paxlava MMC

Bakı • Bakı

Tamştat 💰 600 net + bonus, çayevoy, servis haqqı 📅 Təcrübə: Satıcı olaraq minimum 1 il iş təcrübəsi mütləqdir 🎓 Təhsil: Orta
Dil Bilikləri
Azərbaycan, Rus, İngilis
İş Təsviri

Satıcı

İş şəraiti:

  • İş qrafiki: 2 növbəli - 09:00-17:00 və 14:00-22:00;

Hər iki növbədə işləmək tələb olunur;

  • İstirahət günü: Həftədə 1 gün (istənilən gün);
  • Əmək haqqı: 600 net + bonus, çayevoy, servis haqqı;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Şirkət əməkdaşları üçün xüsusi endirim və üstünlük imkanları.
  • İş yeri 1: Nərimanov metrosu, İzəddin Həsənoğlu 53
  • İş yeri 2: Bülbül pr., Nizami kinoteatrı ilə üzbəüz

Vəzifə öhdəlikləri:

  • Müştəriləri gülərüz qarşılamaq və məhsullar haqqında ətraflı məlumat vermək;
  • Şirniyyat və digər məhsulların təqdimatını və satışını həyata keçirmək;
  • Kassa əməliyyatlarını həyata keçirmək və ödənişləri qəbul etmək;
  • Məhsulların vitrində səliqəli və düzgün şəkildə yerləşdirilməsinə nəzarət etmək;
  • İş sahəsinin, vitrinlərin və xidmət zonasının təmiz və səliqəli saxlanılmasına diqqət yetirmək;
  • Müştərilərə məhsul seçimində kömək etmək və ehtiyaclarına uyğun məhsullar tövsiyə etmək;
  • Şirkətin xidmət və satış standartlarına riayət etmək;
  • Komanda ilə koordinasiyalı şəkildə çalışmaq və gündəlik iş prosesində verilən tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

  • Yaş: 20-35;
  • DİL BİLİYİ MÜTLƏQDİR(RUS VƏ YA İNGİLİS DİLİ)
  • Satıcı olaraq minimum 1 il iş təcrübəsi mütləqdir;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Müştəriyönümlü və komandada işləmə bacarığı.

Müraciət qaydası:Vakansiya ilə maraqlanan namizədlər CV-lərini aşağıdakı əlaqə vasitələri ilə göndərə bilərlər:

WhatsApp: +994 55 208 58 95

E-mail: hr@ramzioglu.az

Şirkət Haqqında

Rəmzioğlu Paxlava MMC 2005-ci ildən un məmulatlarının istehsalı sahəsində fəaliyyətə başlayıb. 2013-cü ildən etibarən isə fəaliyyətini paxlava istehsalı və satışı istiqamətində genişləndirərək milli və türk paxlavalarının hazırlanmasına fokuslanıb.

Şirkət paxlava istehsalında qədim hazırlanma ənənələrini qorumaqla yanaşı, müasir yanaşma və texnologiyaları da tətbiq edir. Bu istiqamətdə yerli mütəxəssislərlə yanaşı, Türkiyənin paxlava mərkəzi hesab olunan Gaziantepdən olan peşəkar ustalarla əməkdaşlıq edib.

Ənənəvi türk paxlavasının hazırlanma üsullarını daha dərindən öyrənmək məqsədilə Gaziantepdə əldə olunan təcrübələr şirkətin istehsal prosesinə tətbiq edilib.

Hazırda Rəmzioğlu Paxlava MMC müasir istehsal texnologiyalarını ənənəvi reseptlərlə birləşdirərək milli və türk paxlavalarını özünəməxsus dad və yüksək keyfiyyətlə təqdim edir.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 25 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar